!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi”: Layihənin icrası davam edir - FOTO

!Reklam – Yazi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) sentyabrın 1-dən etibarən “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin icrasına başlayıb.

Yeniacg.az xəbər verir ki, bu barədə sözügedən layihə çərçivəsində oktyabrın 6-da Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) keçirilən təlim-seminarda məlumat verilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən İctimai Birliyin sədri, Əməkdar Jurnalist Nadir İsmayılov öncə qeyri-hökumət təşkilatlarına göstərilən diqqət, onların fəaliyyəti üçün yaradılan şəraitə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin timsalında Azərbaycan dövlətinə minnətdarlıq edib: “Təbii ki, üçüncü sektoru hər zaman diqqətdə saxlayan, bu sektorun inkişafı üçün müvafiq sənədlər imzalayan cənab Prezident İlham Əliyevə xüsusi təşəkkür edirik. Bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. QHT-lərin fəallığının artırılması, o cümlədən onların ideyalarının dəstəklənməsi istiqamətində qrant müsabiqələri keçirilir. Heç şübhəsiz biz QHT təmsilçiləri də yaradılan şəraitdən səmərəli istifadə etməli, dövlətin ayırdığı müvafiq qrantlar çərçivəsində o layihələri reallaşdırmalıyıq ki, onların dövlət və xalq üçün xeyri olsun. Yəni aktual məsələlərin həllinə yardım etmək bizim üçün prioritet olmalıdır. Məhz bu prizmadan yanaşaraq biz də üçüncü sektor, ümumilikdə cəmiyyət üçün aktual olan QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsinə dəstəymizi göstərməyə çalışırıq”.
Sonra çıxış edən layihə rəhbərinin köməkçisi, yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə qeyd edib ki, hazırda QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının formalaşması istiqamətində layihənin reallaşması olduqca aktualdır.

S.Verdizadə bildirib ki, “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi ölkədəki QHT-lərin mətbuatla işinin qurulması, həmçinin sosial mediada fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi işinə dəstək xarakteri daşıyır: “Yəni, layihənin ideyasını QHT-lərlə jurnalistlər arasında peşəkar münasibətlərin qurulması yollarının tapılmasına, media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin təqdim edilməsi, iş proqramının tutulmasına yardım edə biləcək tövsiyələrin verilməsi təşkil edir. Bu zaman qardaş Türkiyənin təcrübəsinin də araşdırılması, o cümlədən Azərbaycandakı ayrı-ayrı QHT-lərin mövcud məsələ ilə bağlı yanaşmalarının əsasında hazırlanmış məqalələrin saytlarda dərci nəzərdə tutulub”.

S.Verdizadə deyib ki, layihə çərçivəsində iki təlim-seminarın keçirilməsi, layihənin gedişi barədə mediada və sosial şəbəkələrdə, o cümlədən təşkilatın öz saytında məlumatların yerləşdirilməsi nəzərdə tutulub: “Layihənin məqsədi QHT təmsilçilərinin media ilə iş sahəsində bilik və bacarıqlarının artırılmasına, media ilə QHT-lər arasında əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdir”.

Sonra çıxış edən BAMF prezidenti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ümid Rəhimoğlu belə bir tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduğunu deyib. CASCFEN-in yaranma tarixinə qısa ekskurs edən BAMF prezidenti təşkilatın ötən müddətdə yaddaqalan fəaliyyət sərgilədiyini deyib: “Ümid edirəm ki, CASCFEN-in reallaşdırdığı bu layihə də bütövlükdə cəmiyyətimiz üçün xeyirli olacaq”.

Çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov QHT-lərin mətbuat və sosial media ilə əməkdaşlığı məsələsinin günümüzdə aktual olduğunu deyib. QHT-lərə informasiya dəstəyinin vacib olduğunu söyləyən V.İskəndərov “təbii ki, QHT-lər də öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalı, dövlət və xalq üçün vacib olan məsələlərin həllində öz üzərilərinə düşən işləri layiqincə icra etməlidirlər. Mən bu baxımdan artıq bir neçə ildir fəaliyyətini izlədiyim, tədbirlərində iştlrak etdiyim CASCFEN-in xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, təşkilat bundan öncəki layihələr kimi bu layihəni də uğurla başa çatdıracaq”, – deyib.

Təşkilatın qurucusu, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar Jurnalist Azər Həsrət isə çıxışına CASCFEN-in gələn il yaranmasının 20-ci ildönümü olacağını xatırlatmaqla başladı: “CASCFEN 2003-cü ilin 18-20 mart tarixində Novruz bayramı günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda təsis edilib”.

O, qeyd etdi ki, ötən 20 il ərzində CASCFEN istər beynəlxalq təşkilatlarla əməkdaşlıq, istər türk dünyası və Güney Qafqaz regionu, istərsə də ölkə daxilində öz fəaliyyəti ilə seçilib. Təşkilatın hazırda reallaşdırdığı layihəyə gəlincə A.Həsrət, əslində, CASCFEN-in buna bənzər bir sıra layihələr reallaşdırdığını deyib: “Əminəm ki, digər layihələr kimi bu layihə də uğurla tamamlanacaq. Onu da deyim ki, istər layihə çərçivəsində, istərsə də ümumilikdə mən həm CASCFEN-nə, həm də QHT-lərə lazım olan dəstəyi verməyə, bu sahədə öz təcrübəmi bölüşməyə haızram”.

Daha sonra layihənin təlimçiləri – Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynova və Sevda Əsgərova müvafiq olaraq “Biz harada və niyə gecikirik?” və “QHT-lərin mətbuat və sosial media ilə əməkdaşlığı üçün nələri etməliyik?” mövzularında təqdimatlarla çıxış edib, mövcud durum barədə iştirakçıları məlumatlandırıblar.

Sonra tədbirdə iştirak edən QHT və media təmsilçiləri məsələyə dair təklif və fikirlərini bildiriblər. O da bildirilib ki, layihə çərçivəsində növbəti təlim-seminar onlayn formada respublikanın bölgələrində fəaliyyət göstərən media və QHT təmsilçiləri üçün keçiriləcək.

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv