Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev vətəndaş cəmiyyəti institutlarına müraciət edib.
Yenicag.az xəbər verir ki, Şura sədri QHT-ləri koronavirusla mübarizədə həmrəyliyə çağırıb.
“Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri və Katibliyin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait/ianə köçürmək haqqında qərar qəbul edib. Bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıram”,- deyə Azay Quliyev qeyd edib.