Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qırğızıstan Prezidenti: “Azərbaycanın Türk Şurasına sədrliyi dövründə...”

“Qırğızıstanın Türk Şurasına sədrliyi başa çatır. Qırğızıstanın sədrliyi dövründə Özbəkistan təşkilata tamhüquqlu üzv olub, Macarıstana müşahidəçi statusu verilib”.

Yenicag.az-ın xəbərinə görə, bunu Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Qırğızıstanın Oş şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu xatırladan Prezident bildirib ki, Türk Şurasına üzv dövlətlərin Ümumi Daxili Məhsulu (ÜDM) 1,5 trilyon dollar təşkil edir.

S. Jeenbekov qeyd edib ki, Qırğızıstan Türk Şurasında sədrliyi Azərbaycana ötürür: “Mən fəxrlə qeyd etmək istəyirəm ki, Azərbaycan dünya siyasətində vacib yer tutur. Biz qardaş Azərbaycanın Türk Şurasına sədrliyi dövründə iqtisadiyyat, nəqliyyat və digər sahələrdə irəliləyişə nail olacağımıza inanıram”./APA/

www.yenicag.az

1841
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100