Qış Olimpiya Oyunları 2022-ci ildə Pekində keçiriləcək

media-hightechnic-468x90

104261_res_01“2022-ci ildə Qış Olimpya Oyunları Pekində keçiriləcək.

Bu, ilyulun 31-də Malayziyanın paytaxtı Kaula-Lumpurda keçirilən gizli səsvermədə bəlli olub.

Xatırladaq ki, Pekinlə Almaatı ev sahibliyinə əsas rəqiblər idi. Çünki Oslo və Stokholm da daxil olmaqla 4 şəhər siyasi və maliyyə səbəblərindən namizədliyini geri götürmüşdü.

Qazaxıstanın baş naziri Karim Masimov səsvermədən əvvəl Beynəlxalq Olimpiya Komitəsini tarixi qərar qəbul etməyə və Almaatını seçməyə çağırmışdı.

Öz növbəsində Pekin oyunların keçiriləcəyi ayrı-ayrı ərazilər arasında məsafəni qısaltmaq üçün sürətli qatar yolları çəkəcəyini vəd eləmişdi.

Həmçinin iyulun 31-də 2020-ci il gənclər arasında Olimpiya oyunlarının İsveçrənin Lozanna şəhərində keçirilməsi barədə qərar qəbul edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa