!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qısqanc ərlər, qətlə yetirilən qadınlar: “Bunun təməlində…” - Sosioloqdan XİLAS FORMULU

!Reklam – Yazi

“Xarici ölkələrdə ailənin qorunması, qadın və kişilərin maarifləndirilməsi üçün müxtəlif modellər tətbiq edilir”.

Bu fikirləri ailədaxili şiddət, qətl və intihar hadisələrinin getdikcə artmasının səbəblərindən danışan tanınmış sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

Sosioloq bu halların qarşısının alınması üçün elmi yanaşmaya əsaslanan yeni modellərin tətbiqinə ciddi ehtiyac olduğunu bildirib:

“Getdikcə mürəkkəbləşən və həssaslaşan cəmiyyətdə maarifləndirmə işi müasir tələblər səviyyəsində həyata keçirilmir. Məsələn, kişiləri yaddan çıxararaq, qadınlara daha çox diqqət yönəldirik. Onlara hüquqlarını daha çox anladırıq, müəyyən sosial yönlü tədbirlərə cəlb edirik və sair.

Amma kişiləri də unutmamalıyıq. Ümumilikdə ailəni xilas etmək sahəsində ciddi işlər görməliyik. Çünki hər şey ailədən başlayır. İndiki dövr elmi təminat tələb etsə də, bu məsələdə elmin imkanlarından yetərli səviyyədə istifadə olunmur.

Fikir verin, xarici ölkələrdə ailənin qorunması, qadın və kişilərin maarifləndirilməsi üçün nə qədər müxtəlif modellər tətbiq edilir. Bizdə isə elə modellər var, ailənin xilasından çox dağılmasına səbəb olur. Bu məsələləri yerbəyer edəcək elmi mərkəzlərimiz yox dərəcəsindədir. Elə ailələrdə şiddət və bundan yaranan qətl hadisələrinin də təməlində bu problemlər dayanır”.

Cəvahir

COP29

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv