Qiyməti parıltısından çox YANDIRAN QIZIL: “İlin sonunadək hətta...” – VİDEO
Dünya əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yeni tarixi maksimumu yeniləyib. Bahalaşma Azərbaycan qızıl bazarına da təsirsiz ötüşməyib.
Yenicag.az paytaxtın qızıl satışı ilə məşğul olan ticarət mərkəzlərindəki qiymətləri araşdırıb.
Qiymətlərdə 10-20 manat artım var. Belə ki, bir həftə öncə 90-94 manata olan 585 və 583 əyarlı türk və rus qızıllarının lom qiyməti artaraq 101, satış qiyməti isə 140-145 manata yüksəlib.
Eləcə də bir həftə öncə 120-124 manata olan 750 əyarlı İtaliya qızılının lom qiyməti 130, satış qiyməti isə 170-180 manata qədər bahalaşıb. Qiymətlərin sürətlə artdığını deyən satıcılar bahalaşmanın yenə də davam edəcəyini proqnozlaşdırıb.
Bahalaşma nə vaxta qədər davam edəcək? Qiymətlərdə enmə müşahidə olunacaqmı?
“Azərbaycan Zərgərlər Assosiasiyası”nın İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov suallarımızı cavablandırıb:
Videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov