Qız Qalasında intihar edən şəxsin kimliyi məlum oldu
Noyabrın 24-də Qız Qalasından özünü ataraq intihar edən şəxsin kimliyi bəlli olub.
İntihar edən şəxsin Xırdalan şəhər sakini, 31 yaşlı Yuri Qrişayev olması müəyyən edilib.
Yuri 11 yaşında olarkən atası özünü Qanlı Gölə ataraq öldürüb. Ondan 20 il sonra isə oğul özünü Qız Qalasından ataraq intihar edib.
Müəyyən edilib ki, mərhum Qrişayev Bakı klublarının birində universal-aşpaz işləyirmiş.. Qrişayevin tanışları bildiriblər ki, o, xasiyyətcə qapalı insan olub. Mərhumun sosial şəbəkədə son statusu “Heç kim yoxluğumu hiss etməyəcək” olub.
Mərhumun anası bəyan edib ki, oğlunun heç bir problemi yox idi, 31 yaşlı Y.Qrişayev evli olmayıb.