Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qızı itkin düşən ata: “Özümü yandıracam!”

скачанные файлы (6)“Qızımdan heç bir xəbər yoxdur. Ümumiyyətlə, bu işlə maraqlanan da yoxdur”.

Bunu Bakıda qızı itkin düşən əslən Kəlbəcərdən olan Elçin Muxtarov bildirib.

O, hüquq-mühafizə orqanlarının işindən narazıdır: “Maraqlanan yoxdur, qızımı tapa bilmirlər. Çıxış yolu özümə od vurmaqdır. Üstümə benzin töküb özümü yandıracağam”.

Əlavə suallar vermək istəsək də, Elçin Muxtarov əsəbi halda telefonu qapadıb.

15 yaşlı Kəmalə Muxtarova sentyabrın 2-də saat 13:15 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb(modern).

www.yenicag.az

315