Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, sentyabrın 25-də qızılın qiyməti sentyabrın 24-ü ilə müqayisədə 15,181 manat artaraq 1 unsiya üçün 2599,6485 manat təşkil edib.
Gümüş 0,0728 manat ucuzlaşaraq 1 unsiya üçün 31,467 manata bərabər olub.
Platinin qiyməti 1,2665 manat azalaraq 1619,0035 manat, palladiumun qiyməti 25,296 manat artaraq 2840,5555 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/
www.yenicag.az