Qızıl-gümüş ucuzlaşdı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Yenicag.az-ın məlumatına görə, mayın 15-də qızılın qiyməti mayın 14-ü ilə müqayisədə 7,4715 manat azalaraq 1 unsiya üçün 2201,6445 manat təşkil edib.
Gümüş 0,0379 manat ucuzlaşaraq 1 unsiya üçün 25,1472 manata bərabər olub.
Platinin qiyməti 11,305 manat azalaraq 1456,458 manat, palladiumun qiyməti isə 15,64 manat artaraq 2277,7875 manat təşkil edib.