Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, sentyabrın 27-də qızılın qiyməti sentyabrın 26-ı ilə müqayisədə 5,3975 manat azalaraq 1 unsiya üçün 2561,8065 manat təşkil edib.
Gümüş 0,2818 manat ucuzlaşaraq 1 unsiya üçün 30,3526 manata bərabər olub.
Platinin qiyməti 0,9945 manat azalaraq 1584,876 manat, palladiumun qiyməti 33,49 manat artaraq 2836,365 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/
www.yenicag.az