Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, martın 1-də qızılın qiyməti fevralın 28-i ilə müqayisədə 9,571 manat azalaraq 1 unsiya üçün 2232,5505 manat təşkil edib.
Gümüş 0,2674 manat ucuzlaşaraq 1 unsiya üçün 26,5122 manata bərabər olub.
Platinin qiyməti 8,84 manat artaraq 1482,4 manat, palladiumun qiyməti isə 28,322 manat artaraq 2631,4215 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/
www.yenicag.az