“Qızıma bir çox şeyi qadağa etmişəm”
Xalq artisti Aygün Kazımova qızı İlqarə Kazımovaya qoyduğu qadağalardan danışıb.
A.Kazımova bildirib ki, o, daim qızına nəzarət edir:
“Mən də əksər valideynlər kimi övladıma nəzarət edirəm. Qızıma bir çox şeyi qadağa etmişəm. Amma bu elə də sərt qadağalar deyil. Bu “olmaz”lar sadəcə bir ananın övlada verdiyi öyüd, nəsihətdir. Mən qızımla ilk öncə yaxşı dostam. Qızım indi-indi böyük səhnəyə addımlarını qoyur. Ona nəyin arzuolunmaz olduğunu bir ana kimi deməyi özümə borc bilirəm. Ona nəzarət etməliyəm, çünki hələ gəncdir”.
(milli.az)