Qızını vəhşicəsinə qətlə yetirdi
Yenicag.az xəbər verir ki , Yunanıstanın paytaxtı Afinada ‘Savvas’ ləqəbiylə tanınan narkotik istifadəçisi olan bolqar, törətdiyi cinayətlə qan dondurub.
Beləki, 27 yaşlı bolqar qızı Anni Barisovanı əvvəl bıçaqlayaraq öldürüb, sonra meyiti qaynadıb. Qaynatdığı meyitin parçalarını paketlərə dolduraraq zibil qutularına atıb.
Dəhşətli cinayətin üstü, qızın anası Dimitrina Borisovanın 2 həftə əvvəl polisə qızının itməsi ilə bağlı müraciəti zamanı açılıb.
Araşdırma zamanı məlum olub ki, Almaniyadakı sevgilisini görmək üçün gedən ana qızını rəfiqəsinin yanına qoyub. Bundan xəbər tutan həyat yoldaşı qısqanclıq zəminində Annini vəhşicəsinə qətlə yetirib.