Qlobal kompüter satışı azaldı – Ən çox bu markaya tələb var

2022-ci ildə qlobal kompüter satışında azalma müşahidə olunub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Gartner” araşdırma şirkətinin hesabatında qeyd eolunub.

Bildirilib ki, 2022-ci ildə kompüter satışlarında öncəki ilə nisbətən 16,2 faiz geriləmə müşahidə olunub. Belə ki, ötən il 286,2 milyon ədəd kompüter satışı gerçəkləşdirilib.

Ən çox satış həyata keçirən marka isə “Lenovo” olub. İkinci sırada “Hewlett-Packard” qərarlaşıb. “Dell” 3, “Apple” isə ən çox satış reallaşdıran 4-cü şirkət olub.