!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qocaman incəsənət xadimi AzTV-ni topa tutdu: "İnsanlar buna görə baxmır" - VİDEO

!Reklam – Yazi

Əməkdar incəsənət xadimi, tanınmış telemütəxəssis Nazim Zeynalov AzTV-ni sərt tənqid edib.

Yenicag.az xəbər verir ki, veteran televiziyaçı öz sosial şəbəkə hesabında yayımladığı videoçarxda Dövlət Televiziyasının rəhbərliyinin iki ilə yaxındır ki, dəyişməsinə baxmayaraq telekanalda hələ də deformasiyaya uğramış informasiyaların təqdim edilməsindən, bayağı və maraqsız proqramların təqdim edilməsindən narahatlığını bildirib.

N. Zeynalov bu səbəbdən hələ də tamaşaçıların AzTV ekranı qarşısına yenidən toplanmamasını təəssüflə qeyd edib. Telerejissor yeni rəhbərlikdən telefilm və tamaşalarla bağlı da ciddi narazılığını bildirib: “Belə passivlik gözləmirdik”.

O qeyd edib ki, həm AzTV-də, həm Mədəniyyət TV-də milli mədəni irsimiz unudulur: “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov başqa işlərlə məşğuıdur. O milli musiqimizi heç bilmir. Onunku elə “Koroğlu”nu oxumaqdır”.

Əməkdar xadim daha bir çox məsələlər üzrə AzTV-dən ciddi narazılığını ifadə edib. Onun çıxışını aşağıdakı videoda təqdim edirik:

www.yenicag.az

1064
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv