!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qohumları Azərbaycanın Sərkis Qalstyana vəzifə verməsindən danışdı

!Reklam – Yazi

Azərbaycanın Sərkis Qalstyanı Xankəndidə patrul zabiti təyin etməsi barədə dünən yayılan məlumat doğru deyil.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, Qalstyan qondarma “parlament”in deputatı David Qalstyanın əmisidir və separatçıların “təhsil nazirliyi”ndə işləyib. Araik Arutyunyanının “seçkiqabağı kampaniyası” zamanı Şuşa və Kərkicahandakı “qərargahlar”da “məsul” şəxs olub.

Separatçıların keçmiş “prezident”i Bako Saakyanın onun “xaç atası” olduğu bildirilir.

Saytın mənbələri bildirib ki, Qalstyan sentyabrın 28-də Samvel Şahramanyanın “əmri” ilə “prezident administrasiyası” rəhbərinin müavini təyin olunub. Qondarma “arsax”ın özünü buraxmasından sonra isə Qalstyan oradakı ən yüksək statuslu “məmur” olub. Qohumlarına bildirib ki, Azərbaycan hökuməti ona heç nə tapşırmayıb, o, sadəcə qondarma qurum özünü buraxana qədər “aparat rəhbərinin müavini” vəzifələrini icra edir.

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv