Qohumunun kartındakı pulu ələ keçirən şəxs saxlanıldı

media-hightechnic-468x90

Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Yardımlı rayon sakini olan bir nəfərin bank kartından 350 manat oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Yardımlı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb.

Onun həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa