!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qondarma “erməni soyqırımı”nın tanınması ABŞ-ı Türk dünyası ilə üz-üzə qoyacaq” – Politoloq

!Reklam – Yazi

“Vaşinqtonun öz siyasi məqsədlərinə nail olmaq üçün şantaj üsullarına əl atması yolverilməzdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ Konqresinin bəzi üzvlərinin prezident Donald Trampı qondarma “erməni soyqırımı”nı tanımaq çağırışına münasibət bildirən politoloq Aydın Quliyev deyib.

Aydın Quliyevin fikrincə, Birləşmiş Ştatlar hazırda Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda soyuq düşüncəyə əsaslanan addımlar atmalıdır:

“Çox təəssüf ki, son dönəmlərdə ABŞ və Türkiyə arasında gərginlik azalmaq əvəzinə artmaqdadır. Bu çərçivədə diqqəti cəlb edən əsas məqamlardan biri isə iki ölkə arasında yaranmış gərginlik həmçinin onların təmsil olunduqları hərbi-siyasi və iqtisadi blokların fəaliyyətinə də mənfi təsir göstərir.

Yəni Vaşinqton-Ankara gərginliyi NATO daxilində ciddi mövqe fərqliliyinə gətirib çıxardığı kimi, eyni zamanda, Ümumdünya Ticarət Təşkilatının fəaliyyətində də neqativ əks olunur.

İndiki şəraitdə ABŞ-Türkiyə gərginliyinin anatomiyasından çox qarşılıqlı münasibətləri əvvəlki məcraya qaytara biləcək amillərin aktivləşdirilməsinə ehtiyac var. Yalnız bu halda əlaqələrin bərpası mümkün ola bilər.

Lakin indiki ərəfədə bəzi konqresmenlərin uydurma “erməni soyqırımı”nı tanımaq çağırışı ilə çıxış etmələri açıq-aşkar avantüradır və sırf qisasçılıq məqsədi daşıyır. Əgər ABŞ bu addımı atarsa, o halda Türkiyə ilə münasibətlər bərpa olunmayacaq dərəcədə pisləşəcək. Bu baxımdan, Vaşinqtonun öz siyasi məqsədlərinə nail olmaq üçün şantaj üsullarına əl atması yolverilməzdir.

Mən burada İsraildə yaranmış analoji situasiyanı yada salmaq istəyirəm. İsrail-Türkiyə münasibətləri gərginləşəndə də İsrail parlamentində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi qaldırıldı. Lakin İsrail siyasətçiləri daha strateji düşünərək, bu addımı atmaqdan imtina etdilər. Onlar başa düşdülər ki, uydurma “soyqırımı”nın tanınması İsrailin tək Türkiyə ilə deyil, digər Türk dövlətləri, ilk növbədə isə Azərbaycanla münasibətlərə təsirsiz ötüşməyəcək.
İndi Vaşinqtonda da başa düşməlidirlər ki, qondarma “erməni soyqırımı”nın tanınması ABŞ-ı Türk dünyası ilə üz-üzə qoyacaq. Ona görə də, mən ümid edir və inanmaq istərdim ki, ABŞ rəhbərliyi bu kimi reallıqları nəzərə alaraq, gərginliyi daha da artıran addımlardan çəkinəcək”.

Qeyd edək ki, ABŞ Konqresinin Kaliforniyadan seçilmiş üzvü Ted Lyu (Demokratlar Partiyası) özünün “Twitter” səhifəsindən prezident Donald Trampa ünvanladığı müraciətdə onun Türkiyəyə qarşı yürütdüyü siyasəti dəstəkləyərək, qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb.

A.Zeynalov

www.yenicag.az

2425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv