“Qonşu ölkələrdə populizm və Rusiyanın təsir imkanlarının artması...” – Çexiya prezidenti

media-hightechnic-468x90

“Macarıstan hökumətinin üzünü Rusiyaya çevirməsindən narahat olmaq üçün kifayət qədər əsas var”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Şərqi Avropada təsir imkanlarının artdığını diqqətə çatdıran Çexiya Prezidenti Petr Pavel “Politico” nəşrinə müsahibəsində deyib.

Dövlət başçısı qonşu dövlətlərdə Rusiyanın təsir imkanlarının artmasının narahatlıq doğurduğunu vurğulayıb:

“Təəssüf ki, bir sıra qonşu ölkələrdə populizmlə yanaşı, Rusiyanın təsir imkanları da artmaqdadır.

Məsələn, bu ilin sonunda Slovakiyada keçiriləcək seçkilərdə populistlər qalib gəlsələr, orada və qonşu ölkə olaraq bizdə də vəziyyət xeyli mürəkkəbləşəcək.

Eyni zamanda Macarıstan hökumətinin üzünü Rusiyaya çevirməsindən narahat olmaq üçün kifayət qədər əsas var”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600