Bakınım Nəsimi rayonunda əlbəyaxa dava qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Sarabinski 36 ünvanında yaşayan qonşular arasında mübahisə düşüb. Mübahisə daha sonra əlbəyaxaya çevrilib. Dava zamanı 45 yaşlı Əmirov Rizvan Faiq oğlu qonşusu tərəfindən döyülüb. Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Həkimlər ona tibbi yardım göstəriblər. Vəziyyəti qənaətbəxş olan yaralı müalicəsini davam etdirmək üçün palataya yerləşdirilib.
Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
www.yenicag.az