!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qoxu qabiliyyətinin itməsi - SƏBƏBLƏR

!Reklam – Yazi

İybilmə, qoxu hissinin itməsi halı ilə çoxları qarşılaşıb. Təbii ki, bu hal əksər hallarda müvəqqəti xarakter daşıyır. Qoxu hissiyyatı hansı hallarda itə bilər? Belə hallarda nə etmək lazımdır?

Yenicag.az xəbər verir ki, insan təqribən on minə yaxın qoxunu seçmək qabiliyyətinə malikdir. Bəzi alimlər burunla ətraf mühitdən cəmi 2 faiz məlumat aldığımızı iddia edirlər, amma bu hiss orqanının insan üçün əhəmiyyəti danılmazdır. Bəzi peşə sahibləri isə iybilmə qabiliyyətini itirsələr, özlərinə başqa iş axtarmalı olacaqlar. Məsələn, aşpazlar, ətriyyat sahəsində çalışanlar, ya da hər hansı bir məhsulu dequstasiya edən insanlar mütləq bu hissə arxalanmalıdırlar.

Qoxu rəngarənglik, duyula bilən fərqli iylər zövq bəxş etdiyi kimi müxtəlif təhlükələrdən də qoruyur.

İybilmənin tam itirilməsi tibdə anosmiya adlanır. Bu, nadir hallarda rast gəlinən patologiyadır. İybilmənin qismən itirilməsinə isə hiposmiya deyilir. Hər iki xəstəlik həm anadangəlmə, həm də qazanılmış ola bilər.

Hər iki hal həm anadangəlmə, həm də qazanılmış ola bilər. Anadangəlmə anosmiya qoxu yollarının inkişaf etməməsi nəticəsində yaranır və bir çox hallarda kəllənin üz və burun hissəsinin anomaliyaları ilə birlikdə müşahidə olunur.

Qazanılmış anosmiya həm mərkəzi, həm də periferik mənşəli ola bilər. Mərkəzi və ya beyin anosmiyası mərkəzi sinir sisteminin ensefalit, meningir, kəllə-beyin travmaları və şiş xəstəlikləri nəticəsində yaranır.

Qoxunun periferik əskikliyi müxtəlif səbəblərdən baş verə bilər:

– funksional anosmiya nevrozlar, isteriya, tənəffüs yollarının infeksion xəstəlikləri və allergik rinitlərlə əlaqədar olur

– respirator anosmiya burun çəpərinin əyriliyi, burun-udlaq şişləri, adenoid kimi patologiyaları zamanı inkişaf edir, hava qoxu sinirinin periferik reseptorları olan hissəyə keçə bilmir

– essensial anosmiya iltihabi proses, travma, termiki və ya kimyəvi yanıqla əlaqədar olaraq qoxu reseptorlarının zədələnməsi zamanı yaranır

– qocalıq anosmiyası – yaşla bağlı burunun selikli qışasının atrofiyası ilə əlaqədar olur.

Anosmiyanın müalicəsinə başlamazdan əvvəl onun mənşəyinə və yaranma səbəbinə dəqiq diaqnoz qoyularaq xəstənin baş beynin komyuter tomoqrafiyası və neyrocərrahın müayinəsindən keçirilir. Qoxunun tədqiqi test vasitəsilə aparılır. Məsələn, rus fizioloqu Bernşteyn qoxu analizatorunun müxtəlif hissələrinə təsir edən 8 müxtəlif ətirli maddədən istifadə etməyi təklif etmişdir. Bu cür müayinə problemin dəqiq lokalizasiyasını və qoxu hissinin itirilməsinin səbəbini aşkar etməyə imkan verir./Medicina.az/

www.yenicag.az

1435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv