QR kodlu qəbir daşları Azərbaycanda da olacaq? – İlahiyyatçı AÇIQLADI

media-hightechnic-468x90

Türkiyədə yeni tətbiq olunan innovativ qəbir daşları layihəsi geniş diqqət toplayıb. Belə ki, Ankarada qəbir daşlarına əlavə edilən QR kodlar vasitəsilə vətəndaşlar dünyasını dəyişən yaxınlarının və ev heyvanlarının xatirələrini virtual mühitə daşıyaraq, fotolar, videolar, səs yazıları və xatirə mətnləri yükləyə bilirlər. Bu sistemlə isə onlar sevdiklərini yaddaşlarda yaşatmağı daha da asanlaşdırırlar.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən ilahiyyatçı Yaşar Qurbanov bildirib ki, QR kodla tarixi vermək doğru deyil:

media-resize-9

“Qəbir daşlarının üzərində QR kod yerləşdirilməsi düzgün yanaşma deyil. Bu, artıq dünyadan keçmiş şəxsləri yaddan çıxarmağa və onların ruhunu mənimsəməyə səbəb ola bilər. İnsanlar ənənəvi şəkildə sevdiklərinin qəbirlərini ziyarət etməli, onlara dualar etməli və ənənəvi xatirə yollarını seçməlidirlər. Qəbir üzərində QR kod yerləşdirilməsi, insanların sevdiklərini daha çox virtual olaraq yad etmələrinə səbəb olacaq ki, bu da həm dini, həm də ənənəvi baxımdan doğru deyil”.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa