Qubada əxlaqsızlıq yuvası aşkarlandı – VİDEO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında əməliyyat keçirilib.

Yenicag.az xəbər verir ki, rayon ərazisində əxlaqsızlıq yuvası və gizli qumarxa təşkil edən şəxslər saxlanılıb.

Polisin keçirdiyi əməliyyat zamanı 22 nəfər tutulub. Onlardan dörd nəfəri məhkəmənin qərarı ilə 20 günlük həbs edilib. 18 nəfər barəsində inzibati pratokol tərtib edilib.

Faktla bağlı araşdırma aparılır.