Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qubada köməksiz vəziyyətdə tapılan bu şəxsin yaxınları axtarılır - FOTO

Qubada köməksiz vəziyyətdə tapılan nitq qüsurlu şəxsin yaxınları axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları gecə saatlarında rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir nəfər şəxsin olduğunu görərək dərhal ona yaxınlaşıblar. Həmin şəxsin üzərində heç bir sənədin olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hazırda həmin şəxsin yaxınları axtarılır.

Tapılan şəxsin əlamətləri belədir: Boyu 175 sm, arıq bədən quruluşlu, qısa saçlı, gözlərinin rəngi yaşıldır. Nitq qüsurludur, özü və yaxınları haqqında heç bir məlumat verə bilmir. Tapılan zaman onun əynində qara köynək, tünd göy şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

www.yenicag.az

2866
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100