Qubadlının bu kəndləri 2026-cı ildə təhvil veriləcək - Rəsmi açıqlama

media-hightechnic-468x90

Bir neçə gün əvvəl Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərindən olan keçmiş məcburi köçkünlər kəndlərindəki tikinti işlərinin uzun müddətdir yekunlaşmaması, nəticədə köçün baş tutmaması ilə bağlı saytımıza müraciət etmişdilər.

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, tikinti və quruculuq işləri Böyük Qayıdış Dövlət Proqramına əsasən planlı şəkildə hətaya keçirilir:

“Bir yaşayış məskəninin tikintisi orta hesabla il yarımdan 2 ilə qədər vaxt aparır. Bu, əlbəttə yaşayış məskəninin  və görüləcək işlərin həcmindən də asılıdır. Kənd və şəhər tikintisində bu müddət fərqlidir və müxtəlif obyektiv səbəblərdən uzana bilər. 

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti  layihələrin icrasına, tikintinin keyfiyyətinə ciddi nəzarət həyata keçirir. Plana uyğun şəkildə layihələri təhvil verir, əhalinin köçündən sonra isə yerli idarəetməni həyata keçirir.

Öz doğma yurd yuvalarına qayıtmağa tələsən vətəndaşlarımızın duyğularına hörmət edir, gələcəkdə onların keyfiyyətli, rahat həyat şəraitini təmin etmək üçün çalışırıq”, – deyə cavabda vurğulanıb.

Qeyd edək ki, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması işlərinə 13 may 2024-cü ildə başlanılıb. Cavabdeh qurumun cavabından belə aydın olur ki, sözügedən kəndlərdə tikinti işləri 2026-cı ilin may ayına qədər yekunlaşmalıdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa