!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qüdsdə nələr baş verir? - İsrail Qüds valisini nəzarətə götürdü

!Reklam – Yazi

İsrail polisi Fələstin Muxtariyyətinə bağlı Qüds valisi Adnan Gaysı nəzarətə alıb.

Yenicag.az Fələstin rəsmi xəbər agentliyi WAFA-ya istinadən xəbər verir ki, İsrail xüsusi polis qüvvələri Qüds valisi Gaysı hərəkət etdiyi avtomobildən endirərək bilinməyən bir yerə aparıb.

Xəbərdə, İsrail xüsusi polis qüvvələrinə bağlı qrupun valinin keçəcəyi yolu əvvəlcədən bağladığı bildirilib.

Bu ana qədər İsrail və Fələstin səlahiyyətliləri hadisə ilə bağlı heç bir açıqlama verməyib.

İsrail polisləri, səhər saatlarında isə Fələstin Muxtariyyətinə bağlı Qüds Kəşfiyyat müdiri Polkovnik Cihad əl-Fakihi nəzarətə almışdı.

Fələstin təhlükəsizlik orqanları, bütün bu hadisələrin Fələstin xalqının dirənişini qırmaq və onları qorxutmaq üçün qəsdən planlaşdırılmış addım olduğunu qeyd edib.

www.yenicag.az

4548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv