!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qüdsi Osmanov Moldovanın yeni hökumət başçısı ilə görüşdü

!Reklam – Yazi

Fevralın 24-də Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla Moldova Respublikasının yeni təyin olunmuş Baş naziri Dorin Reçan ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Qüdsi Osmanov özü məlumat verib.

“İlk növbədə, Moldovanın Baş nazirinə vəzifəyə təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun təbriklərini çatdırdım. Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətləri, onların genişləndirilməsi üçün böyük potensialın olması, eləcə də bu il nəzərdə tutulan müxtəlif dövlət qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri müzakirə olundu. Həmçinin görüşdə aqrar və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd edildi”, – o bildirib.

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv