Qüllədə köməksiz vəziyyətdə qalan fəhlələr xilas edildi-Foto

media-hightechnic-468x90

85205Dərnəgüldə 80 metrlik qüllədə asılı vəziyyətdə qalan fəhlələr xilas olunub.

media-banner_tkm

Yenicag.az anspress-ə istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Telman Əliyusif oğlu Axundov, onun qardaşı 1995-ci il təvəllüdlü Şamo Axundov və 1993-cü il təvəllüdlü Cəbrayılov Elton Əlibala oğlu xilasedicilər tərəfindən aşağı düşürdülüblər.

Fəhlələr heç bir xəsarət almayıb.

Qeyd edək ki, hadisə Dərnəgüldə köhnə istixananın sökülməsi zamanı baş verib.

Fəhlələr köhnə istixananın qüllələrini sökmək istəyərkən ayaqları altında qoyulan dəmir dirəklər laxlayıb. Sonradan isə dirəklər aşıblar. Bu zaman fəhlələrdən 3-ü qüllədən asılmış halda qaıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri çağırılıb.

Fəhlələrin xilas edilməsi üçün xilasedicilər bir neçə saat çalışıblar.

Qeyd edək ki, qüllənin hündürlüyü 80 metrdir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05