Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Qurban Qurbanov Azərbaycan millisinin rəqiblərini dəyərləndirib

Reklam: High Technic

“Rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik. Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov AFFA-nın saytına açıqlamasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

46 yaşlı mütəxəssis bildirib ki, hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar:

“Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq. Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik”.

Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.

www.yenicag.az

1314
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100