AVRO-2020-də iştirakı dəqiqləşən milli komandaların final mərhələsi zamanı məskunlaşacaqları təlim-məşq bazaları müəyyənləşib.
Yenicag.az xəbər verir ki, UEFA yığmaların seçimini açıqlayıb.
İki komanda Azərbaycanda məskunlaşacaq. A qrupunda yer alacaq Uels və Türkiyə qrup mərhələsi boyunca Bakıda qalacaq. Qrupun digər komandaları İsveçrə və İtaliya sonuncuların ölkəsində yerləşəcək.
Daha 9 yığma öz evində qalacaq. Bunlar Avstriya, Belçika, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Rusiya və İspaniyadır.
Digər iştirakçılardan Çexiya və Xorvatiya Şotlandiyada, Polşa ilə İsveç İrlandiyada qalacaq. Portuqaliya Macarıstanı, Ukrayna Rumıniyanı, Finlandiya isə Rusiyanı seçib.
Qeyd edək ki, iyunun 12-dən iyuliun 12-dək Avropanın 12 şəhərində keçiriləcək yarışın son 4 iştirakçısı pley-offda bəlli olacaq. (apasport.az)
www.yenicag.az