Qurban Qurbanov ölkədə ən yaxşı futbolçunun adını açıqladı

media-hightechnic-468x90

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2024-cü il üçün Azərbaycanın ən yaxşı futbolçusu haqda danışıb.

Yenicag.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə o, bu gün “Araz Naxçıvan”la Misli Premyer Liqasının 18-ci turunun oyunundan (2:0) sonra fikirlərini bildirib.

Mətbuat konfransında Ağdam klubunun baş məşqçisinə bu haqda sual ünvanlanıb. Q.Qurbanov bu zaman öz versiyasını açıqlayıb və üstünlüyü komandasının futbolçusuna verib:

“İlk ağlıma gələn Toral Bayramov oldu. Çox yaxşı mövsüm keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa