Qusarda avtobusun aşması nəticəsində xəsarət alanların adları açıqlandı - YENİLƏNDİ

media-hightechnic-468x90

Qusar rayonunun Avaran kəndi ərazisində avtobusun aşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yenicag.az xəbər verir ki, xəsarət alanların rayon sakinləri – Liana Mikayılova, Lamunat Bədəlova, Milyanə Şıxzadayeva, Ruslan Əmiraslanov, Oksana Beydiyeva, Aysel Cavadova olduğu bildirilir.

***

Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, içərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib./APA

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa