Qusarda doğuşdan sonra ölən qadının həyat yoldaşı: “Günahı həkimdə görürəm” - VİDEO
Qusarda ana ölümü qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Xuray kənd sakini Yasəmən Ospatova ikinci övladını dünyaya gətirmək üçün Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, doğuşdan sonra həyatını itirib.
Mərhumun həyat yoldaşı Zakir Ospatov hadisənin həkim səhlənkarlığı səbəbindən baş verdiyini söyləyib.
“Əməliyyat uzun çəkdi. Səbəbini soruşanda əməliyyatın ağır keçdiyini dedilər. Sonra həyat yoldaşımı reanimasiyaya yerləşdirdilər. Səhər mənə zəng gəldi, təcili xəstəxanaya çağırdılar və yoldaşımın vəfat etdiyini dedilər. Günahı həkimdə görürəm. Birinci övladımız dünyaya gələndə də yoldaşımın başına belə hadisə gətirmişdi”, – deyə o əlavə edib.
Ətraflı Baku TV-nin süjetində: