“Quska” 3-5 il müddətinə həbs edilə bilər

Xəbər verdiyimiz kimi, Türkiyədə tutularaq Azərbaycana gətirilən”Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayevə qarşı hələ 2012-ci ildə Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi açılıb. Bu cinayət məhkəmə tərəfindən təsdiqini taparsa, görəsən sabiq deputat ömrünün necə ilini dəmir barmaqlıqlar arasında keçirməli olacaq?

Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov Yenicag.az-a açıqlamasında bildirdi ki H. Abdullayevin cinayəti hüquqi müstəvidə təsdiqini taparsa, onu 3 ildən 5 ilədək həbs cəzası gözləyir:

“Vergi cinayətinə qarşı qanunvericilik tədbirinin əsas məqsədi dövlət büdcəsindən yayındırılan vəsaitin ödətdirilməsinin təmin edilməsidir. Təmin olunması fonunda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas qalmır və o azad olmalıdır. Lakin şəxs hesablanmış külli miqdarda əsaslı vergidən yayınaraq ödəmirsə, ona münasibətdə azadlıqdan məhrumetmə cəzası verilə bilər. Bu fonda həmin maddəyə görə ittiham edilən şəxsin 3 ildən 5 ilə qədər azadlıqdan məhrum olunması gözlənilir. Külli miqdarda vergidən yayınma cinayətinə görə habelə məhkəmə tərəfindən dəymiş ziyanın 3 mislindən 5 mislinə qədər cərimə də tətbiq edilə bilər”.

ELÇİN