Bu barədə təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”, – Düjarrik qeyd edib.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Delimitasiya Məsələləri Komissiyasının səkkizinci iclası keçirilib.
Mənbə: TASS
www.yenicag.az