Rahidədən GECİKMİŞ ETİRAF: “Fədakar qadını kişi də sevmir”

media-hightechnic-468x90

“Əvvəllər elə bilirdim ki, qadın sevəndə gözəlləşir. Xeyr, qadın sevəndə əziyyət çəkir”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova “Öz aramızda” verilişində deyib. Sənətçi özünü sevməyən qadının kişi tərəfindən də sevilməyəcəyini vurğulayıb:

“Sevmək mövzusu artıq mənim üçün bitib. Mən həmişə qarşımdakı insanı özümdən çox sevmişəm. Ona görə də düşünürəm ki, ən gözəl sevgi elə özünə olan sevgidir. Məni məndən artıq kim sevə bilər? Hətta övladım belə məni məndən çox sevə bilməz. Bir yazı oxumuşdum, orada belə bir fikir var idi: qadın kimi sevirsə, kişi də onu sevir. Yəni əgər qadın kişini sevirsə, kişi özünü sevir; əgər qadın özünü sevirsə, kişi də həmin o qadını sevir. Bu, təkcə qadın-kişi münasibətinə yox, bütün münasibətlərə aiddir. 25 il əvvəl olan sevgilər, hörmət və dostluqlar indi çox azalıb, demək olar ki, yox dərəcəsindədir. Fədakar insanın fədakarlığı görünmür”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa