!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazan ayında nəzir orucu tutmaq olarmı?

!Reklam – Yazi

Ramazan ayının girməsi ilə əlaqədar olaraq əsas suallardan biri də, hansısa işin olması, hansısa arzunun reallaşması üçün niyyət edilərək tutulan oruc haqdadır.

Yenicag.az portalı olaraq, islam alimlərinin bu suala cavabını dəyərli oxucularımıza çatdırırıq.

Ramazan ayında nəzir niyyəti ilə oruc tutmaq olmaz. Bunu edən adamın orucu da əbəs yerə itmiş olar. Yəni həmin oruc nə Ramazandan sayılar, nə də nəzirdən. Çünki Ramazan orucu, sağlamlığı imkan verən hər kəsə vacib olan ibadətdir.

Ramazan orucunu yalnız Allahın vacib buyurduğu oruc niyyəti ilə tutmaq lazımdır. Öhdəsində nəzir orucu olan da, olmayan da Ramazan orucunu tutmalıdır. Niyyətinin həyata keçməsi üçün oruc tutmağı nəzir etmiş adam isə bunu ilin qalan günlərində etməlidir.
Hazırladı: Zaur H.

COP29

www.yenicag.az

2061
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv