Ramil Şeydayev oynamayacaq

media-hightechnic-468x90

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisi itki ilə üzləşib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz”lə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Ramil Şeydayev Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcək. Bu gün keçirilən MRT müayinəsindən sonra onun oyuna hazır olmadığı müəyyənləşib.

Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa