Ramil Usubov kadr dəyişikliyi etdi

media-hightechnic-468x90

hujikDaxili İşlər naziri Ramil Usubov Xaşmaz Rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

Polis şöbəsindən verilən məlumata görə, Ağstafa rayon polis rəisi Ədalət Abbasov Xaçmaz rayonuna polis rəisi göndərilib. Ə.Abbasovun əmrinin bu gün verildiyi, yeni vəzifəsində hələ fəaliyyətə başlamadığı da qeyd edilib.

Xatırladaq ki, ötən ay Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli Abşeron rayonuna polis rəisi göndərilmişdi.

Ədalət Tağı oğlu Abbasov 1963-cü ildə Tovuzun Şamlıx kəndində anadan olub. O, Ağstafa rayonunun polis rəisliyinə Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi vəzifəsindən gəlmişdi.

media-ziraat-728x90

Ramil Usubov kadr dəyişikliyi etdi

media-hightechnic-468x90

lllllllGəncə Şəhər Baş Polis İdarəsində kadr dəyişikliyi olub.

İdarədən verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə idarənin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovnik-leytenantı Müqalib Abdiyev Gəncə Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Onun yerinə hələ ki təyinat olmayıb.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Kamandar Həsənov bu ilin mart ayında təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600