Ramil Usubov polis rəisini işdən çıxardı

media-hightechnic-468x90

usubov teyinatDaxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi həyata keçirilib.

Nazir general-polkovnik Ramil Usubov Qazax rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Zöhrab İsmayılovu tutduğu vəzifədən azad edib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Zöhrab İsmayılov bundan öncə Beyləqan rayon Polis Şöbəsinin (RPŞ) rəisi olub və nazirin 2010-cu ildə verdiyi müfaviq əmrlə Qazax rayon Polis Şöbəsinin (RPŞ) rəisi təyin edilib.(Azvision)

media-ziraat-728x90

Ramil Usubov polis rəisini işdən çıxardı

media-hightechnic-468x90

lDaxili işlər orqanlarında yeni təyinatlar olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmov tutduğu vəzifədən azad edilərək, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi, polis polkovniki Famil Xanbabayev bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin edilmişdi.

Bundan başqa, Abşeronun polis rəisi Namiq İsmayılov və Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin də vəzifələrinin dəyişdirilməsi ilə bağlı təqdimatın verildiyi bildirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin olunan Famil Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin oğlu, Xaçmaz rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli isə “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun qardaşıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600