Ramil Usubov Qusara yeni rəis göndərdi

qusar yeni reisQusar rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakının Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi Zaur Bədəlov Qusar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Qusar RPŞ-nin keçmiş rəisi Arif Əliyev isə təqaüdə göndərilib.

Qusar RPŞ-dən APA-ya faktı təsdiqləyiblər.