Ramiz Alıyev: “Boykot iddiaları bütünlüklə iflasa uğradı”

media-hightechnic-468x90

siaphoto_482064“Biz hər zaman öz çıxışlarımızda AXCP və bu kimi radikal müxalif qüvvələrin erməni lobbisi ilə əməkdaşlıq etməsini bildirmişik və bu gün də bunun şahidi oluruq. Bu şəxslər pultlar vasitəsi ilə xaricdən erməni lobbisi və bu lobbi ilə yaxınlığı ilə tanınan şəxslər tərəfindən idarə olunur”. Bu fikirləri SİA-ya politoloq Ramiz Alıyev AXCP-yə yaxınlığı ilə seçilən “Azadlıq” qəzetinin I Avropa Oyunları ərəfəsində bu oyunlarda iştirak edəcək Ermənistanın bayrağının Bakıda dalğalanması ətrafındakı mövqelərinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə kimlər qarşı çıxırsa, bu hər kəsə bəllidir: “AXCP-nin və ona yaxın mətbu orqanın boykot iddiaları bütünlüklə iflasa uğradı. Hansı ölkələrin adlarını çəkmişdilərsə, elə həmin ölkələr onları bir daha utandırdı. Düşünürəm ki, həmin partiyaya üzv olan insanlar partiya rəhbərliyinin və təmsilçlərinin bu kimi çıxışlarından, onlarla bir partiyada olmaqdan utanmalıdırlar. Ona görə ki, partiya üzvlərinə hörmətsizlik edərək erməni lobbisi ilə əməkdaşlıq edib Azərbaycan Respublikasına və onun əhalisinə xəyanət edirlər. Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, bu siyasi partiyaların fəaliyyət istiqamətidir ki, hakimiyyətdə təmsil olunsunlar. Ancaq dövlətə və dövlətçiliyə qarşı çıxmaq, xalqa xəyanət edərək əzəli düşmənlərimizlə eyni müstəvidə qərar tutmaq böyük cinayətdir”(sia.az).

İntizarə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600