Ramiz Mehdiyevin gəlinindən ailədaxili bank əməliyyatı – Qardaşını sıxışdırıb payını ÇOXALTDI

media-hightechnic-468x90

Ötən il “Bank BTB” ASC səhmdarlarının payında dəyişiklik olub.

Yenicag.az xəbər verir ki, bankın əsas səhmdarı olan Nigar Mehdiyevanın payı 74,99%-dən 76,74%-ə yüksəlib.

Məlumat üçün bildirək ki, banka birbaşa nəzarət edən Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.

Nigar Mehdiyevadan başqa bankın ikinci ən böyük səhmdarı olan Rza Sadiqin payı isə 19,01%-dən 17,68%-ə düşüb.

Onu da qeyd edək ki, Rza Sadiq Nigar Mehdiyevanın qardaşıdır. Nigar Mehdiyeva və Rza Sadiq uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladlarıdır.

Bankın üçüncü səhmdarı olan Tükəzban Mahmudovanın payı isə 6%-dən 5,58%-ə kimi azalıb.

Nizamnamə kapitalı 71 milyon 450 min manat olan bank 2010-cu ildə dövlət qeydiyyatına alınıb./yeniavaz.com

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600