Ramiz Mehdiyevin tövsiyyələri unuduldu, yoxsa icra olunur?

media-hightechnic-468x90

ms4

Əflatun Amaşov: “Jurnalistlərin cəbhəyanı bölgələrdə fəaliyyətlərini qurması üçün onlara yaddaş kitabçasının hazırlanaraq verilməsi nəzərdə tutulur”


Yadigar Məmmədli: “Bu istiqamətdə jurnalist peşəkarlığının artırılması ilə bağlı işlər görülməli, müharibə mövzusu ətrafında ixtisaslaşmış kurs keçirilməlidir”

Bildiyiniz kimi, bir müddət öncə Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev mətbuat işçilərinin müharibə mövzusunda yazarkən, vacib detallara əməl etməli olduqları barədə tövsiyyələrlə çıxış etmişdi. Media qurumları sonradan toplaşaraq, akademikin vurğuladığı istiqamətlər üzrə fəaliyyətə keçdiklərini bəyan etdilər. Artıq həmin hadisədən bir müddət ötüb.

Görəsən, ötən müddət ərzində medianın R. Mehdiyevin tövsiyyələrinə nə dərəcədə əməl edib-etmədiyi yoxlanılıbmı, bu istiqamətdə monitorinq aparılırmı? Gələcəkdə, medianın akademikin sadaladığı problemləri yaşamaması üçün hansısa plan üzərində işlənilirmi?
Yenicag.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov verilən tövsiyyələrlə bağlı görüləcək işlər üzərində iş getdiyini vurğuladı: “Bildiyiniz kimi bir müddət əvvəl cəbhə bölgəsində baş verən son hadisələrdən sonra prezident sərəncamı oldu, müvafiq qurumlara göstərişlər verildi. O cümlədən Mətbuat Şurasına da bəzi tövsiyyələr verildi. Bu ciddi məsələdir. Söhbət ondan gedir ki, cəbhəyanı bölgələrdə baş verən olaylarla bağlı jurnalistlər nə etməlidir, onun üzərinə hansı yük düşür? Söhbət bundan getməlidir. Jurnalist hadisələri işıqlandırmalıdır. Dövlət sirri haqqında qanunda müəyyən məqamlar var. Məsələn, hərbi birliklərin, Azərbaycan Silahlı Qüvvələrinin yerləşməsi, yerdəyişməsi, texnikanın sayı, növləri, canlı qüvvənin sayı, hərəkəti və s. məsələlərlə bağlı mətbuatda xəbərin verilməsilə əlaqədar ayrı-ayrı qurumlara göstərişlər verilib. Hətta qanunvericiliyin dəyişməsinə, jurnalistlər və ölkə vətəndaşları arasında maarifləndirmə işlərinin aparılmasına qədər. Bunlar öz həllini tapmalıdır. Artıq bu istiqamətdə Mətbuat Şurası təkliflərini hazırlayıb. Əsasən jurnalistlərlə, ayrı-ayrı redaksiyalarda müəyyən tədbirlərin keçirilməsi, jurnalistlərin cəbhəyanı bölgələrdə fəaliyyətlərini qurması üçün onlara yaddaş kitabçasının hazırlanaraq verilməsi, mətbuat işçilərinin cənhəyanı ərazilərdə yerli əhali ilə görüşlərinin keçirilməsi kimi məsələlərin həlli gündəmdədir”.

Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurasının üzvü Yadigar Məmmədli Yenicag.az-a açıqlamasında bu istiqamətdə görülən və gələcəkdə görülməsi vacib işləri qabartdı: “Bu istiqamətdə monitorinq Mətbuat Şurasında keçirilir. Akademikin tövsiyyələrindən sonra hər halda bu məsələ gündəmə gəldi, mətbuat üçün çox aktual olduğu önə çıxdı. Onunla bağlı toplantı keçirərək, müzakirələr də apardıq. Hazırda bir qrup jurnalist bilavasitə cəbhə bölgəsində, təmas nöqtəsində oradakı vəziyyətlə tanış olurlar. Bu baxımmdan demək olar ki, həmin görüşün çox ciddi nəticələri var. Aparılan monitorinq onu göstərir ki, bu məsələyə mətbuatda daha həssas yanaşılır. Əvvəl olduğu kimi, o cür panik vəziyyət də yoxdur. Jurnalistlər, dövlət töhlükəsizliyi kimi məsələlərə daha professional yanaşmağa çalışırlar. Bu istiqamətdə işlərimiz davam edir. Sözügedən istiqamətdə jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı işlər görülməli, mətbuat işçiləri müharibə mövzusu ilə bağlı ixtisaslaşmış kurs keçməlidir. Hər bir kəs diletant səviyyəsində yox, Müdafiə Nazirliyinin müvafiq qurumları ilə birgə təlimlərdən keçməlidirlər. Bu işlər gedir və getməlidir. Yəni bu istiqamətdə işlər sona qədər aparılmalıdır. Proses daim nəzarətdə saxlanılmalıdır. Hamımız cəmiyyəti vaxtında və dəqiq informasiya ilə təmin etmək missiyasını üzərimizə götürmüşük, ona görə də bu istiqamətdə sona qədər çalışacağıq”.
Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600