Rasif Bağırov: “Azərbaycan həkiminin maddi durumu ağırdır”

media-hightechnic-468x90

45a7c598-0c27-42ad-baf9-bdaababfc6c2Bu gün Azərbaycanda səhiyyə işçiləri günüdür.

Ölkəmizdə həkim sənəti əsas peşələr sırasında yer alan peşələrdəndir. Bir çox insanlar seçim edərkən, məhz həkim olmağa üstünlük verir. Görəsən, həkimlərimiz öz durumlarından razıdırlarmı?

Kardioloq həkim Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda səhiyyə işçilərinin vəziyyəti maddi baxımdan həddən artıq ağırdır: “Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu kimi səhiyyə sahəsində çalışanlar belə həddən artıq aşağı əmək haqqı almır. Ona görə də səhiyyə işçilərinin vəziyyəti qənaətbəxş deyil. Eyni zamanda bilirsiniz ki, dünyanın müxtəlif ölkələrindən həkimlər gəlib Azərbaycanda çalışır. Bununla bağlı olaraq, rəqabət məsələsində yerli həkimlər gəlmə həkimlərə uduzurlar. Yerli həkimlər peşəkarlıq baxımından onlardan geri qalır. Bu amillə bağlı olaraq da yerli həkimlərimiz çətin durumdadır. Elektron və çap KİV-ləri daimi olaraq həkimlər əleyhinə təbliğat aparır. Onlar baş verən kiçicik bir hadisəni şişirdib böyüdürlər. Bunun nəticəsində Azərbaycan həkimi barədə cəmiyyətdə yeri gəldi-gəlmədi neqativ fikirlər formalaşır. Məhz bu neqativ fikirlərin yaranmasının nəticəsidir ki, ölkə vətəndaşlarımızın bir hissəsi müalicə üçün xaricə üz tutur. Həkimlərimiz xidmət yerində lazımı xidmət göstərəndə də insanlarımız yerli həkimlərə inamsızlıq nümayiş etdirir. Bu amil də onu göstərir ki, həkimlərimiz ağır durumda çalışırlar”.

 

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600