Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rasim Quliyevlə bağlı ictimai-siyasi xadimlər Prezidentə müraciət etdilər – SİYAHI

Vətəndaş cəmiyyəti institutunun nümayəndələri – millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının sədrləri, media qurumları rəhbərləri və jurnalistlər Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

Hörmətli Cənab Prezident!

Sizə müraciətimiz 02 aprel 2021-ci ildə barəsində AR Cinayət Məcəlləsinin 308.2, 314-2.3 maddələri ilə cinayət işi açılan və həbs edilən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Vaqif oğlu Quliyevlə bağlıdır.

Rasim Quliyev 1988-93-cü illərdə ictimai-siyasi proseslərdə tələbə hərəkatının liderlərindən biri olaraq qatı Heydər Əliyevçi, eyni zamanda, Milli Məclisdə müzakirəyə çıxarılan “Yaş senzi”nin əleyhinə keçirilən mitinqlərin təşkilatçılarından olduğuna görə, dəfələrlə təzyiqlərə, təhdidlərə məruz qalıb. O, 1992-ci ilin dekabrında həbs edilib, siyasi məhbus həyatı yaşayıb və 1993-cü ilin fevralında Ulu Ondər Heydər Əliyevin o dövrkü hakimiyyətə təkidli tələbindən sonra azadlığa buraxılmışdır.

Diqqətinizə çatdıraq ki, Rasim Quliyev 1992-ci ildən Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında iştirak edib və YAP-ın I qurultayından 7-ci qurultayınadək Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib. 1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda YAP-ın Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib və siyasi partiyaların Məşvərət Məclisinə YAP-ın təmsilçisi kimi sədrlik edib.

Rasim Quliyev 2000-ci ildə 29 saylı Səbail seçki dairəsinə sədrlik edib. 2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləyib, 2010-2018-ci illərdə isə həmin qurumun aparat rəhbəri vəzifəsini icra edib. 2015-ci ildə Tərəfinizdən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 2018-ci ildə öz ərizəsi ilə işdən azad olunub və həmin ildən etibarən “Səs” Media Qrupunda “Səs” İnformasiya Agentliyinin baş direktorudur. O, 2018-ci ildə “RESURS” Analitik İnformasiya Mərkəzi İctimai Birliyini təsis edib, 2019-cu ilin aprel ayından isə YAP Mərkəzi Aparatında ideoloji sahədə işləyib. Rasim Quliyev bütün bunlarla yanaşı elmi fəaliyyət də göstərərək, yüzlərlə məqalələrin müəllifidir və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun dissertantıdır, elmi işinin müdafiəsi mərhələsindədir.

Qeyd etmək istəyirik ki, Rasim Quliyev çox imanlı, alicənab, əqidəli, intizamlı bir dövlət məmuru olub, işlədiyi müddətdə yalnız verilən tapşırıqları ləyaqətlə, şərəflə, dəqiq yerinə yetirib və heç vaxt dövlətə xəyanət etməyib. Cəmiyyətdə vətənpərvər ziyalı kimi tanınıb və işlədiyi müddətdə vətəndaş məmnunluğunun təmin olunmasına çalışıb, ictimai rəydə müsbət imic yaradıb. Uzun müddətdir ki, xroniki xəstəliklərdən əziyyət çəkir, hazırda səhhətində ciddi fəsadlar yaranıb, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə yerləşdirilib. Himayəsində yaşlı və xəstə anası, azyaşlı məktəbli qızı və 2 azyaşlı nəvəsi var.

Möhtərəm Zati Aliləri!

Həssas, humanist, vətəndaşlara qarşı çox diqqətli və qayğıkeş olduğunuzu nəzərə alıb tanınmış ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri kimi inanırıq ki, Rasim Quliyevin dövlətə və cəmiyyətə bundan sonra da xidmət etməsi üçün növbəti şans verəcəksiniz. Ümid edirik ki, xahişimizi nəzərə alıb, onun barəsində açılmış cinayət işinə obyektiv baxılmasına və bəraət verilməsinə kömək edəcəksiniz.

Hörmətlə:

1.Əflatun Amaşov – Mətbuat Şurasının sədri, əməkdar jurnalist

2. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili

3.Vüqar Rəhimzadə – “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist

4.Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru, əməkdar jurnalist

5.Rəşad Məcid – “525-ci qəzet”in baş redaktoru, əməkdar jurnalist

6.Yunis Oğuz – “Olaylar” qəzetinin və İnformasiya Agentliyinin baş redaktoru, əməkdar mədəniyyət işçisi, “Tərəqqi” mükafatı laureatı

7. Akif Aşırlı – “Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist

8.Rauf Arifoğlu – “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist

9. Aynur Camalqızı – “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist

10. Aydın Quliyev – “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü

11.Müşfiq Ələsgərli – Mətbuat Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin üzvü

12. Şakir Ağayev – “Novoye Vremya” qəzetinin baş redaktoru, əməkdar jurnalist

13. Afiq Mirzəbəyli – “Reytinq” onlayn qəzetinin baş redaktoru

14. Əvəz Zeynallı – “Xural” qəzetinin təsisçisi və baş redaktoru, “Xural TV” onlayn kanalının təsisçisi

15.Vüsal Məmmədov – “Azvision.az” saytının baş redaktoru, REAL TV-nin analitiki

16. Alqış Musayev – jurnalist, siyasi şərhçi

17. Əli Musa – “Rezonans.az” saytının baş redaktoru

19. Ağamir Behbudov – “Azernews.az” saytının redaktoru

20. Azər Həsrət – əməkdar jurnalist

21. Qabil Şəldiyev – “Cəmiyyət və qanun” qəzetinin baş redaktoru

22. Fariz Quliyev – “Arazmedia.az” xəbər portalının baş redaktoru

23. Hüseyn Əzizoğlu – “Araz” qəzetinin baş redaktoru

24. Rəsafil Bayramov – “Atatv.az” saytının baş redaktoru

25. Səməndər Qurbanov – “Araz” qəzetinin redaktoru

26. Zaur Sarıyev – “Araz Media” qəzetinin redaktor müavini

27. Zaur Qəriboğlu – araşdırmaçı jurnalist, “Reaksiya” İnternet Televiziyasının rəhbəri

28. Rəvan Bağırov – “Resurs” Anailik İnformasiya Mərkəzinin ofis rəhbəri

29. Savalan Talıblı – “Analoq.az” saytının baş redaktoru

30. Elçin Bayramlı – TV Press internet qəzetinin baş redaktoru

31. Lalə Mehralı – jurnalist-sosioloq

32. Naib Niftəliyev – jurnalist-sosioloq

33. Natella Məmmədova – “Araz Media” qəzetinin təsisçisi

34. Rövşən Rəsulov- jurnalist, sosial və siyasi şərhçi, Xəzər TV-nin eksperti

35. Adəm Abbaslı – “Azadinform” Müstəqil İnformasiya Agentliyinin baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin diplomçusu, jurnalist

36. Asəf Novruzov – “Cəmiyyət” Media Qrupunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı

37. Vəli Vəlili – “Səs” Media Qrupunun icraçı direktoru

38. Xanlar Xoca – “Yenilik.az” saytının baş redaktoru

39. Cabir Məmməd – “Səs” İnternet Televiziyasının redaktoru

40. Nəzirə Nurullayeva – “The Business Times” qəzetinin baş redaktoru

41. Fadil Paşayev – Konkret.az saytının baş redaktoru

42. Tahir Talıblı – şair-publisist, əməkdar jurnalist

43. Qafar Çaxmaqlı – veteran jurnalist, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin sədri, Türkiyənin Ərciyəz Universitetinin müəllimi, professor

44. Akif Cabbarlı – yazıçı-publisist, veteran jurnalist

45. Valeh Mirzə – yazıçı-publisist, veteran jurnalist

46. Cavid İsmayıl – tarix üzrə fəlsəfə doktoru, jurnalist

47. Sahil İskəndərov – politoloq, əməkdar jurnalist

48. İmran Bədirxanlı – jurnalisti-tərcüməçi, ssenarist

49. Səriyyə Müslümqızı – tədqiqatçı jurnalist, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri

50. Rahib Qərib – hərbi jurnalist

51. Ləman İsmayılova (Ələşrəfqızı) – “LAF TV” İnternet Televiziyasının həmtəsisçisi, əməkdar jurnalist

52. Afət Məhərrəmova (Telmanqızı) – “LAF TV” İnternet Televiziyasının həmtəsisçisi, əməkdar jurnalist

53. Əsəd Cahangir – “Azərbaycan” jurnalının baş redaktorunun müavini, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Qızıl Kəlmə” mükafatı laureatı

54. Kənan Hacı – jurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” mükafatları laureatı

55. Vahid Ömərov – Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

56. Rəşad Mahmudov – millət vəkili

57. Azər Badamov – millət vəkili

58. Fazil Mustafa – Böyük Quruluş Partiyasının başqanı, millət vəkili

59. Razi Nurullayev – Milli Cəbhə Partiyasının sədri, millət vəkili

60. Nemət Pənahlı – Azərbaycan Milli Demokratlar Pariyasının sədri

61. Qulamhüseyn Əlibəyli – Aydınlar Partiyasının sədri

62. Qorxmaz İbrahimli – Aydınlar Partiyasının sədr müavini

63. Abutalıb Səmədov – Azərbaycan Naminə Alyans Partiyasının sədri

64. Fuad Əliyev – Azərbaycan Liberal Demokratik Partiyasının sədri

65. Teyyub Qənioğlu – Azərbaycan Təkamül Partiyasının sədri

66. Fərəc Quliyev – Azərbaycan Dirçəliş Partiyasının sədri

67. Hafiz Hacıyev – Müasir Müsavat Partiyasının sədri

68. Hadı Rəcəbli – siyasi elmlər doktoru, professor

69. Elçin Axundzadə – İslahatlara dəstək İctimai Birliyinin sədri

70. Qabil Hüseynli – politoloq

71. Elxan Şahinoğlu – politoloq

72. Svetlana Bayramova – politoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü

73. Qadir İbrahimli – jurnalist-ekspert, “Güzəran” Sosial araşdırmalar İctimai Birliyinin sədri

74. Emin Mehdi – Mənəvi Dəyərlərin Təbliği Fondunun Baş məsləhətçisi

75. Fatimə Hacıbəyli – jurnalist, “Vəfa” Sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri

76. İlham Əliyev – Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri

76. Səməd Vəkilov – “Müvəkkil” Hüquq Mərkəzinin sədri

77. Həsən Qarayev – “Qloballaşma və Milli Həmrəylik” İctimai Birliyinin sədri

78. Könül Quliyeva – “Uşaqların Gələcəyi Naminə” İB-nin sədri, hüquq müdafiəçisi

79. Sevil Yusifova – “Azəri Jurnalist Qadınlar Assosiasiyası”nın rəhbəri

80. Mobil Vəkiloğlu – hüquqşünas, sosial-ekspert

81. Məxluqə Qaramanlı – Əlil Qadınlar Cəmiyyətinin sədri

82. Təhmasib Novruzov – Azadlıq Hərəkatları İB-nin sədri

83. Zülfiyyə Nuriyeva – Sosial İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İB-nin sədri

84. Elvin Talışinski – “Elin səsi” İctimai Birliyinin sədri

85. İradə Abbas – Müharibə Veteranlarının Qadınları İB-nin sədri

86. Rahilə Mehdiyeva – Sosial İqtisadi və Ekoloji İnkişaf İB-nin sədri

87. Elşən Məmmədov – istefada olan polkovnik, əməkdar jurnalist

88. Qismət İsmayılov – Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədr müavini

89. Bəxtiyar Abbasov – YAP Şamaxı rayon təşkilatının sədri

90. Mahirə Əmirhüseynova – “XX Əsrin Qadınları” İB-nin sədri

91. Nəzakət Həsənova – Şəhid ailələrinə maddi və mənəvi dəstək İB-nin sədri

92. Sənan Həsənov – siyasi elmlər üzrə fəlsəfə doktoru

93. Rauf Zeyni – hüquq müdafiəçisi

94.Emin Həsənli – Tərxis olunmuş hərbçi gənclər İB-nin sədri

95. Hacı Hacıyev – Azərbaycan Kommunist Partiyası MK-nın sədri

96. Zaur İbrahimov – “Prioritet” Sosial Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

97. Elməddin Muradlı – Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri

98. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri

99. Ruslan Xəlilov – Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin sədri

100. Seymur Elsevər – sənətşünas-jurnalist

101. Yaşar Əhmədov – Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

102.Nahid Canbaxışlı “Vətəninfo.az” İnfornasiya Agentliyinin təsisçisi və baş redaktoru

www.yenicag.az

252
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100