!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Razi Nurullayevin təbliğat-təşviqat kampaniyası davam edir

!Reklam – Yazi

Namizədlər arasında fəallığı ilə seçilən, 79 saylı İmişli seçki dairəsindən namizəd Razi Nurullayev hər gün rayon və kənd əhalisiylə görüşlərini davam etdirir.

Yenicag.az xəbər verir ki, namizəd yanvarın 28-də Yalavac, Rəsullu, Məhəmmədli kəndlərinin sakinləri ilə görüşüb. Razi Nurullayev hər zaman olduğu kimi vətəndaşları narahat edən əsas sosial problemlərə toxunub.

Namizəd, ölkənin gələcəyinin sağlam uşaqlardan aslı olduğunu bidirərək, qeyd edib ki, uşaqların sağlam böyüməsi üçün də dövlət onlara sahib çıxmalı, əsgərlik yaşına kimi onların müəyyən xərclərini öz üzərinə götürməlidir. Razi Nurullayev qeyd edib ki, bu məsələni daim gündəmdə saxlayıb və deputat seçiləcəyi təqdirdə uşaq pulunun verilməsi üçün parlamentdə məsələ qaldıracaq.

Namizəd İmişli camaatını əsas narahat edən işsizlik probleminin də həlli yollarından danışıb. O bildirib ki, işsizlik probleminin həlli istiqamətində İmişlidə sənaye parkının yaradılması ilə bağlı hökumətə proqram təklif edəcək.

Razi Nurullayev həmçinin kasıblığın aradan qaldırılması üçün əhaliyə, özəlliklə kəndlilərə güzəştli biznes kreditlərinin verilməsinin vacibliyini vurğulayıb.

Vətəndaşların öncəki deputatlardan narazılıqlarını dinləyən namizəd qeyd edib ki, vətəndaş narazılığında haqlıdır. O bildirib ki, millət vəkili xalqın səsiylə, dəstəyiylə, sevgisiylə seçilməli, daim vətəndaşın yanında olmalı, parlamentdə seçicilərini təmsil etməli, onların problemlərini səsləndirməlidir.

Sonda vətəndaşların şikayət və iradlarını dinləyən namizəd, insanları seçkidə aktiv olmağa çağırıb.

Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

www.yenicag.az

1643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv