“Real Madrid”in prezidenti koronavirusdan öldü – FOTO

“Real”ın koronavirusa yoluxan sabiq prezidenti Lorenzo Sanz vəfat edib.

Yenicag.az xəbər verir ki, bir həftədir koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilən 76 yaşlı keçmiş futbol funksioneri həyatını itirib.

Qeyd edək ki, L.Sanz 1995-2000-ci illərdə Madrid klubunun prezidenti olub. Klub onun rəhbərliyi ilə 2 dəfə (7 və 8-ci) UEFA Çempionlar Liqası, 1 dəfə FİFA Klublararası Dünya Çempionluğu, 1 dəfə La Liga çempionluğu və 1 dəfə İspaniya Superkubokunu qazanıb.