!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Real” Mbappenin transferini elan etdi

!Reklam – Yazi

Fransalı futbolçu Kilian Mbappe “Real Madrid”ə keçib.

Yenicag.az xəbər verir ki, bu barədə “kral klubu” rəsmi saytında məlumat yayıb.

Mbappenin “Real Madrid” ilə müqaviləsi 2029-cu ilə qədərdir. Futbolçu daha əvvəl sosial şəbəkədə 2023/2024 mövsümünün sonunda “Pari Sen-Jermen”i tərk edəcəyini açıqlamışdı.

Xatırladaq ki, 2017-ci ildə icarə əsasında PSJ-yə keçən 25 yaşlı hücumçu 2018-ci ilin yayında “Monako”dan paytaxt klubuna satılıb. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub və 108 məhsuldar ötürmə edib.

Kamerun əsilli oyunçu ötən mövsüm PSJ-nin heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı fransalı forvardın bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir./Report/

COP29

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv